SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda 6 nəfər qidadan və dərmandan zəhərlənib.

BAKU.WS
-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda yaşayan Rüfət Mehdixanlının evində qızları Leyla, Səmra və qohumu Bakı şəhər sakini Şahsənəm Abuzərli qidadan zəhərləniblər. Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Bundan başqa Gəncə şəhərində yaşayan Zaur Həsənov evində sirkə turşusundan, Abşeron rayon sakini Sara Ağayeva və Gəncə şəhər sakini Məhəbbət Hüseynova dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Ziya Səccad
BAKU.WS