SİZİN REKLAM BURADA!
055 213 76 73


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, 20 Yanvar küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən BAKU.WS-ə məlumat verilib.

Sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
BAKU.WS