SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış rəsm bukletləri növbəti dəfə sürücülərə və piyadalara təqdim olunur.

Bu barədə BDYPİ-in şöbə rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev BAKU.WS-ə məlumat verib.

Onun verdiyi məlumata görə, Rüfət Quliyev və baş inspektoru polis polkovnik-leytenantı İsa Deystani DYP stasionar postlarda keçirilən tədbirdə iştirak ediblər.

Tədbirin əsas mahiyyəti hərəkət iştirakçılarının maarifləndirilməsi ilə yanaşı sürücüləri bukletlərdə həsr olunmuş uşaqlar tərəfindən çəkilmiş yol hərəkəti təhlükəsizliyinə aid rəsm işləri ilə tanış edib yol hərəkəti qaydalarını pozmamağa dəvət etməkdən ibarətdir.

Bu cür maarifləndirici tədbir yol hərəkəti iştirakçıları tərəfindən çox müsbət qarşılanır və uşaqlar tərəfindən çəkilmiş rəsm işlərinə böyük maraq göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını təhlükəsiz yol diləyi ilə yol hərəkəti qaydalarına əməl etməyi xahiş edir.
BAKU.WS
QALEREYA