VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan əsilli Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, polis E. İsayevi  Rusiyada qalma rejimini pozmaqda günahkar sayıb və 5 min rubl cərimələyib.

Hazırda E. İsayev Leninqrad vilayətində Miqrantların Müvəqqəti Saxlama Mərkəzində saxlanılır və Azərbaycana deportasiya ediləcək.

Qeyd edək ki, Azərbaycan vətəndaşlığından 18 il əvvəl imtina edən E. İsayev 2001-ci ildə Şimali Osetiyada Rusiya pasportu alıb, 2014-cü ildə sənədlərini itirdiyi üçün pasportunu dəyişib.

BAKU.WS