SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda baş verən dəhşətli qəza kameralara düşüb. 

BAKU.WS avtosfer.az-a istinadla xəbər verir ki, Heydər Əliyev prospektində, Bakı Nəqliyyat Agentliyinin yaxınlığında hərəkətdə olan "Audi" markalı avtomobilin sürücüsü  qəfildən idarəetməni itirir və maşın işıq dirəyinə çırpılaraq onu aşırdır. Sükan arxasında əyləşən xanım avtomobilin qapısını aça bilməyib.

Bu zaman cəmi bir neçə saniyə ərzində avtomobilin ön sərnişin oturan şüşəsindən çıxan sürücü xanım arxa qapıları açaraq iki azyaşlı uşağı maşından çıxardır. Ardınca yerə düşmüş telefonunu götürərək tez avtomobilin yanından uzaqlaşır.

Ətrafda olan insanlar yardıma tələsir. Avtomobil isə tüstüləyir. 

Ananın bu çevik hərəkəti qəza nəticəsində ağır xəsarət almanın qarşısını alır.

Videonu təqdim edirik:
BAKU.WS
VİDEO