SİZİN REKLAM BURADA!
055 213 76 73


Daşkəsəndə intihar hadisəsi baş verib.

BAKU.WS "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Alünitdağ qəsəbəsində qeydə alınıb.

Orada yaşayan 1998-ci il təvəllüdlü Hüseynova Aysel yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi hələ ki, məlum deyil. A. Hüseynova bir uşaq anası olub.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.
BAKU.WS