VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə azyaşlı faciəvi şəkildə ölüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin 4-cü mikrorayon deyilən ərazisində baş verib.

2016-cı il təllüdlü Qasımov Ərəstun Nizami oğlunu "KamAZ" markalı avtomaşın vurub.

Zərbənin təsirindən azyaşlı iri tonnajlı maşının altına düşüb və hadisə yerində keçinib. Bildirək ki, hadisə zamanı uşağın yanında babası Ərəstun Qasımov da olub.

Faktla bağlı araşdırma başlanılıb, qəzanın səbəbləri dəqiqləşdirilir.
BAKU.WS