VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı xəsarət alanlardan 10-u müalicələrini rayon xəstəxanasında davam etdirəcək.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından BAKU.WS-ə verilən məlumata görə, digər yaralılar ambulator müalicəyə buraxılıblar.

Yaralılardan 2-i Reanimasiya şöbəsindədir. Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti ağır qiymətləndirilir. Xəstəxananın baş həkiminin sözlərinə görə, açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır.

Reanimasiya şöbəsində müalicə alan digər qadına isə qapalı kəllə-beyin travması və qabırga sınığı diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Xəstəxananın Travmatologiya şöbəsində müalicə alan 8 qadının isə vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur.
BAKU.WS
QALEREYA