VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 25-də gecə saat 1 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində bir nəfər pirotexniki vasitə partladaraq sakinləri narahat edib.

BAKU.WS xəbər verir ki, sözügedən hadisənin qısa görüntüsü sosial şəbəkələrdə yayılıb. Çox səs-küy yarandığına görə narahat olan bina sakinləri ilə gənc arasında mübahisə olub. Sonradan mübahisə davaya çevrilib.  

Verilən məlumata görə, həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib.

E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, baş verən hadisə ilə bağlı daha ətraflı bu lindən tanış ola bilrəsiz - https://baku.ws/incident/68402 
BAKU.WS
VİDEO