SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda itkin düşən uşaq tapılıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu yaşadığı binanın həyətindən çıxaraq digər binanın qarşısına keçib. Sonra yolu itirdiyindən başqa binaların həyətinə gəlib.

Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat veriləndən sonra uşaq tapılaraq ailəsinə təhvil verilib.

20:32

Sumqayıtda azyaşlı itkin düşüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Nuriyev Yusif  Ülvan oğlu şəhərin 4-cü mikrorayon ərazisində həyətdə oynadığı yerdən yoxa çıxıb.

Yaxınları dərhal Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS