SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə keçirilən toy mərasimində kütləvi zəhərlənmə qeydə alınıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Şəkinin Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki MRX-ya müraciət ediblər.

Müraciət edənləri müayinə edən həkimlər onlarda dizbakterioz aşkarlayıblar.

Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
BAKU.WS