VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirlən Vəli Əliyev və onunla birgə saxlanılan Füzuli Nəcəfovun cinayət işi üzrə proses başa çatıb.

BAKU.WS 
"report"a istinadən, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

F.Nəcəfova isə isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Bakıda baş verib. Metronun “Nizami” stansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş 1994-cü il təvəllüdıü Vəli Əliyev və 1990-cı il təvəllüdlü Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.

Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

İlkin məlumata görə, hadisəyə tərəflər arasında yaranan mübahisə səbəb olub. Metrodan çıxdıqdan sonra onların mübahisəsi əlbəyaxa davaya çevrilib.

Emin Şəmiyev ürək nahiyəsindən bıçaqla vurulması nəticəsində dünyasını dəyişib.
BAKU.WS
VİDEO