VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda motoskletçinin vurulması ilə nəticələnən qəza baş verib. 

BAKU.WS avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində baş verib. 5-ci zolaqla hərəkətdə olan “Opel” markalı avtomobil elə həmin zolaqdan sağa dönür. Bu zaman 3-cü zolaqla hərəkətdə olan motosikletçinin önünə çıxaraq onu vurur.

Qoruyucu geyimdə olan motosikletçi xəsarət almasa da motoskletin özünə ziyan dəyir.

Qeyd edək ki, şəhərin bir çox küçə və prospektlərində analoji hal yaşanır. Sağa dönəcək sürücü ən sol zolaqla hərəkət edir. Yalnız dönəcəyi küçəyə çatanda perpendikulyar istiqamətdə yolu keçməyə cəhd edir. Bu zaman da qəza şəraiti yaranır.

Videonu təqdim edirik:
BAKU.WS
VİDEO