VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax rayonunun Turaclı kəndində hamilə qadın özünə xəsarət yetirib.

BAKU.WS
“qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarında A.Vəliyeva bədəninin müxtəlif nahiyələrini yaralayıb.

Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına baş və sifətin cırılmış-kəsilmiş yaraları diaqnozu qoyulub. Hazırda reanimasiya şöbəsində olan xəstə koma vəziyyətindədir.

Anası bildirib ki, A.Vəliyeva ailəsi dağıldığı üçün özünü öldürmək istəyib:

“Ötən ilin noyabr ayında ailə qurub, 4-5 gün olar ki, ailəsindən ayrılıb atası evinə gəlib”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, xəstənin başın müxtəlif nahiyələrində travmalar, boğazda boğulma izləri olub və xəstənin huşu özündə olmayıb.

Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib.

Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb.

Hazırda reanimasiya şöbəsindədir vəziyyəti orta-ağır stabil qiymətləndirilir.
BAKU.WS