SİZİN REKLAM BURADA!
055 213 76 73


İmişli rayonunda yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, üç avtomobil toqquşub, üç nəfər xəsarət alıb. 

İmişli rayonunda yol qəzasında xəsarət alanların kimliyi məlum olub. 

Bunlar 1968-ci il təvəllüdlü Dostməmməd Zöhrab oğlu Əsgərov, 1981-ci il təəvəllüdlü Adəm Tacir oğlu Cabbarov və Eyvaz Təvəkkül oğlu Soltanovdur. 

Avtomobillər deformasiyaya uğradığından yaralılar nəqliyyat vasitələrindən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb və İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
BAKU.WS
VİDEO