SİZİN REKLAM BURADA!
055 213 76 73


Hirkan Milli Parkının ərazisində dağlıq zonada avqustun 20-də başlayan yanğın bu gün söndürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  

Qeyd olunub ki,Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada başlamış yanğın tam söndürülüb.

Xatırladaq ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, helikopterləri və canlı qüvvəsi cəlb olunmuşdu.
BAKU.WS
VİDEO