Azərbaycanın işğal altında olan ərazilərində zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
 
Bildirilir ki, yerli vaxtla saat 09:41-də Gəncə stansiyasından 43 km cənubda Kəlbəcər-Goranboy sərhədində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4, yaxın ətraf rayonlarda (Xankəndi, Şuşa, Ağdərə və s.) 4-3 bala qədər hiss olunub.
BAKU.WS