Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.

BAKU.WS Real.TV-yə istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb.

Hacıqabulda baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib.

Xasarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, sürücü Abdulrəhimov Elvin Elşən oğlunun idarə etdiyi mikroavtobusun qarşısına iribuynuzlu heyvan çıxdığı üçün qəza baş verib.

BAKU.WS


VİDEO