SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağsuda meşə yanğını başlayıb.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.
BAKU.WS