VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Tovuz rayonunun Aşağı Quşçu kəndində Məsimovlar ailəsində baş verən cinayət hadisəsinin bəzi detalları bəlli olub.

BAKU.WS
-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisəni törədən 1970-ci il təvəllüdlü Rasim Məsimov keçmiş müharibə veteranıdır və əlildir.

Buna görə dövlət tərəfindən müəyyən təqaüdlə təmin olunub.

Üstəlik o əsəb xəstəsi imiş və uzun müddət idi ki, müalicə alırdı.

Yaxınları BAKU.WS-in bölgə muxbirinə bildirib ki, R.Məsimov son 15 gün ərzində müalicəsi üçün yazılan dərmanları qəbul etmirdi.

Hadisəyə gəlincə, cinayət olan zaman Məsimovlar ailəsinin digər üzvüləri qonşuluqda yas mərasiminə gedib. Ata və oğul arasında mübahisə R.Məsimovun təqaüd kartı səbəbindən yaranıb.

Belə ki, R Məsimov özünü idarə edə bilmədiyindən dəfələrlə təqaüd kartını yararsız hala salıb.

Nəticə etibarı ilə də kart bir müddət idi ki, atası 83 yaşlı Müzəffər Məsimovda olub. Atası kartı ona verməkdən imtina edib.

Bu zaman R.Məsimov əsəblərini cilovlaya bilməyib və həyətlərində olan çəkiclə atasının baş nahiyyəsinə 4 zərbə endirib.

Nəticədə yaşlı kişi yerindəcə keçinib. Cinayəti törədən oğul isə hadisə yerindən uzaqlaşıb.

Tovuz rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyatla atasını qətlə yetirən şəxs cinayətdən təxminən bir saat sonra saxlanılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
BAKU.WS
QALEREYA