SİZİN REKLAM BURADA!
055 213 76 73


Quba - Nugədi yolunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yol qəzasında 31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı 34 yaşlı Yaşar Kərimov, qaynanası 59 yaşlı Leysan Kərimova xəsarət alıb.

Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Baş həkimin bildirdiyinə görə, yaralıların vəziyyəti orta ağırdır.
BAKU.WS