SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonu, Xırdalan şəhəri ərazisində "Mercedes" markalı avtomobil qazılmış xəndəyə düşüb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, həmin prospektdə bir müddətdir ki, kanalizasiya xətlərinin yenilənməsi işləri görülür.

Avtoqəza baş verməzdən əvvəl orada xəbərdaredici nişanların olmadığı, yalnız ərazinin lentlə hasarlandığı deyilir.
BAKU.WS
VİDEO