SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda 17 yaşlı yeniyetmə 11 gündür ki, evdən çıxıb və geri qayıtmayıb.

BAKU.WS
xezerxeber.az-a istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonunda yaşayan Rəhimovlar ailəsində baş verib. Ailə başçısı Şahin Rəhimov bildirir ki, oğlu avqustun 8-i evdən çıxıb, hələ də harada olduğunu bilmirlər.

Atasının dediyinə görə, 17 yaşlı Samir Rəhimzadə son 3 ay ərzində özünə qapanıb və evdən bayıra çıxmayıb. Onun evdən çıxıb getməsi üçün isə hansısa bir münaqişə və ya arzuolunmaz hadisə baş verməyib.

Şahin Rəhimov bildirir ki, oğlu təbiət və heyvanlarla bağlı verilişlərə baxmağı xoşlayırdı. Ancaq evdən bayıra çıxmadığına görə onun hansısa qrupa qoşulmaq ehtimalı da azdır. O, oğluna bütün ailə adından səslənərək onu geri qayıtmağa səsləyib.

Atasının sözlərinə görə, oğlu 9-cu sinifdən sonra təhsilini davam etdirməyib. O, oğlunun tapılması üçün polisə də müraciət edib. Şahin Rəhimov şəkillərdəki yeniyetməni görən şəxslərdən Sabunçu 12-ci polis şöbəsinə müraciət etmələrini xahiş edir.
BAKU.WS
VİDEO