SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsi ilə hərəkətdə olan "Infiniti" markalı avtomobil dönmə əməliyyatı edərkən Məhsəti Gəncəvi küçəsi ilə gedən "Opel" markalı avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Muradov Namiq Əlifağa oğlu idarəetməni itirərək ona çırpılıb.

Zərbənin təsirindən "Infiniti" maraklı avtomobil yol kənarında qaz borusunun təmiri üçün qazılmış çuxura düşüb. Qəza zamanı N.Muradov xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. 

Qəzanın dəqiq səbəbləri araşdırılır.
BAKU.WS
VİDEO