VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonun Bozalqanlı kəndində ağır yol qəzası baş verib. Qəza nəticəsində 4 nəfər ağır yaralanıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Namsızlı Nəbi Sultan oğlu idarə etdiyi "Mercedes E-Class"markalı avtomobili ilə qəza törədib.

29 yaşlı sürücü ilk olaraq avtomobilini dirəyə çırpıb, sonra maşınını dərəyə aşırıb. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, sürücünün sürücülük huququ olmayıb və sükan arxasında olarkən spirtli içkinin təsirində olub.

Sürücü də daxil olmaqla 4 yaralı - Aslanov Arif Valeh oğlu, Səmədov Murad Qoşqar oğlu Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
QALEREYA