SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədəbəy rayonunda 22 yaşlı qadın qaçırılıb.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, aparılan istintaq tədbirləri nəticəsində məlum olub ki, hadisəni 1989-cu il təvəllüdlü Kamal Cəfərov və 1953-cü il təvəllüdlü Fərhad Rzayev törədib.

Keçirilən əməliyyat tədbirləri ilə hər iki şəxs saxlanılıb.

İlkin məlumata görə, 1997-ci il təvəllüdlü Ş.Hüseynova K.Cəfərovla 2018-ci ildə 3 ay qeyri-rəsmi münasibətdə olub.

Tərəflər daha sonra ayrılıb.

Dünən isə K.Cəfərov bazar adlanan ərazidə qadını yenidən qaçırıb.

Artıq hadisəni törəsən şəxslər barədə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
BAKU.WS