SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkirdə Sarıtəpə kəndində keçmiş ərin evi yandırması nəticəsində yanıq xəsarəti alan 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və anası 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı Bakı şəhər 5 saylı xəstəxananın yanıq şöbəsinə gətiriliblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, S. Məmmədovanın bədənini 50%, M. Məsimovanın bədənini 70% yanıb.

Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəssislər dəvət edilib.

Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb.
BAKU.WS