VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə azyaşlının ölümünə səbəb olan yanğının bəzi təfərrüatları bəlli olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Mətanət Məsimovanın keçmiş həyat yoldaşı tərəfindən törədilib.

Belə ki, qadının 3 ay əvvəl boşandığı həyat yoldaşı Elmar Məsimov evə benzin tökərək od vurub. Daha sonra ərazidən uzaqlaşıb. Nəticədə E.Məsimovun iki yaşlı övladı ölüb, keçmiş həyat yoldaşı və qaynanası müxtəlif ağır dərəcəli bədən xəsarətləri alıb.

Keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən ata tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

***10:21

Şəmkir rayonunun Sarıtəpə kəndində qeydə alınan yanğın hadisəsi faciə ilə nəticələnib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Məmmədovlara məxsus mənzildə ümumi sahəsi 30 m² olan 1 otaqlı mənzildə  yanğın baş verib.

Hadisə səhərə yaxın baş verdiyindən evdə olan şəxslər bundan gec xəbər tutub. Nəticədə 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb.

İlkin məlumatlara görə, uşaq tüstüdən boğulub. Yanğın zamanı azyaşlının anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı ağır yaralanıb.

Hər iki şəxs Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə səbəb elektik naqillərində qeydə alınan qısaqapanma göstərilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İlham Məmmədov
BAKU.WS
QALEREYA