Bakıda 32 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.

BAKU.WS
“report”a istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 4, mənzil 15 ünvanında baş verib.

Belə ki, 1987-ci təvəllüdlü Quliyeva Brilliant Səməd qızı həyat yoldaşı tərəfindən döyülüb. Qadın hadisə yerinə çağrılan təcili tibbi yardım əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sifətinin yumşaq toxumalarının əzilməsi yarası diaqnozu qoyulub.
BAKU.WS