VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tıxac, aqressiya, bir birinin yoluna çıxmaq. Avtomobil yollarında bu kimi hadisələrin az şahidi olmamışıq.

BAKU.WS
xəbər verir ki, ən çox da PİK saatlarda ya da tıxaclarda sürücülərin bir-birinə qarşı aqresiyası, münasibəti daha geniş vüsət alır.

Kim necə gəldi digərinin yoluna çıxır, yol hərəkəti qaydalarını pozur və çox təəssüf ki, bu hallar qəzalara səbəb olur.

Amma sevindirici haldır ki, məsuliyyətli sürücülərimiz də az deyil. Sizə bununla bağlı qeyri-adi bir hadisədən bəhs edəcəyik.

Paytaxt küçələrində sıx və uzun tıxaclarda sürücülərin nümunəvi davranışı kameraya düşüb.

Sürücülər yolda tıxac olmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınının hərəkətinə maneэ yaratmırlar.

Tıxaca rəğmən sürücülər Yol polisinin müdaxiləsi olmadan özləri yanğınsöndürən maşına yol açırlar. Sürücülər yanğınsöndürən maşının tıxacda yubanmasına imkan verməyib.

Bu məsuliyyətli sürücüləri alqışlayır, hər kəsi avtomobil sürərkən bu cür məsuliyyətli olmağa çağırırıq.
BAKU.WS
VİDEO