VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyi Muğanlı-İsmayıllı yolunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

BAKU.WS nazirliyin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Muğanlı kəndində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
BAKU.WS
VİDEO