Bakıda yol qəzası baş verib. 

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişməsində qeydə alınıb. 

Belə ki, iki minik avtomobili toqquşub. Nəticədə ikisi qadın olmaqla üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda müalicələri davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır. 
BAKU.WS