SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün axşam saatlarında Qax rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Akif Ağayev, onun həyat yoldaşı Leyla Ağayeva və bacısı oğlu Tural Nəzərov həyatlarını itirib.

Eyni zamanda Asya Ağayeva, Sevda Mirzəyeva və Zaqatala sakini Kərimzadə Çağrı Tərlan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Ölənlər Qaxdan hərbi xidmətdə olan övladlarının sabah keçiriləcək andiçmə mərasiminə gedirlərmiş.
BAKU.WS
QALEREYA