SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllı rayonunda yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-İvanovka yolunda qeydə alınıb.

Belə ki, Göyçayın Şahsoltanlı kənd sakini, 1958-ci il təvəllüdlü Mahmudov Arzu Mahmud oğlu idarə etdiyi VAZ markalı minik avtomobili ilə İsmayıllı rayonunun İvanovka kəndindən rayon istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan avtomobil dərəyə yuvarlanıb. A.Mahmudov hadisə yerində ölüb.
BAKU.WS