Bakıda yataqxana binasında yanğın baş verib.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Sabunçu qəsəbəsində yataqxana binasında yanğın olması barədə məlumat daxil olub. 

Məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS