VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bir kişi kafedə xadiməyə təcavüz etməyə cəhd göstərib.

BAKU.WS
xəbər verir ki, bu barədə “oxu.az”a Xətai rayonu hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Hadisə avqustun 7-si saat 02:00-da İsmayılov küçəsində kafenin yanında baş verib.

40 yaşlı xadimə çalışdığı yerdən çıxıb evinə doğru getdiyi zaman hücuma məruz qalıb. Cinayətkar qadına təcavüz etmək istəyib, lakin qadın müqavimət göstərərək qaçmağı bacarıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 35-ci Polis bölməsinin əməkdaşları şübhəli şəxsi saxlayıblar. Bu, Knyaz Tarverdiyevdir. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Bu arada, Binəqədi rayonunda taksi sürücüsü saxlanılıb. O, bu yaxınlarda Beynəlxalq Avtovağzal Kompleksinin yanında fahişəliklə məşğul olan bir qadına təcavüz edib.

Xatırladaq ki, zərərçəkmiş qadın iki kişi tərəfindən təcavüzə məruz qaldığını bildirib.
BAKU.WS