SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib.

Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən "Baku Bus" avtobusu iki minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
QALEREYA