Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

BAKU.W
S APA-ya istinadən xəbər verir ki, hadisə Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, taksi kimi istifadədə olan "Ravon" və "Range Rover" markalı avtomobillər toqquşub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, Nəsibbəy Yusifbəyli küçəsi ilə hərəkətdə olan 90-NC-500 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü qırmızı işıqdan keçib. Nəticədə qəza baş verib.

"Ravon"un sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
BAKU.WS


VİDEO