SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlardan ibarət dəstə ifşa olunub.

BAKU.WS
Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Yalova vilayətində qeydə alınıb.

Keçirilən əməliyyat zamanı 17 nəfər saxlanılıb. Saxlanılanlardan 3-ü kişi, 14-ü isə azərbaycanlı qadınlardır.

Araşdırmalar zamanı məlum olub ki, azərbaycanlı qadınlar Türkiyədə yaşamaq icazəsi almaq üçün unikal üsula əl atıblar.

Onlar varlı və yaşlı kişilər tapıblar, onlara ərə gediblər. Daha sonra həmin şəxslərin var dövlətini əllərindən alırlar.

Bundan başqa, həmin qadınlar fahişəliklə məşğul olmağa başlayırlar.

Saxlanılan şəxslərin ifadələri alınıb. Məhkəmədən sonra azərbaycanlı qadınların deportasiya ediləcəkləri bildirilir.

BAKU.WS
VİDEO