VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saat 06:30 radələrində Xırdalan dairəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, zəncirvari qəzada zərər görən 199 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı şirkət "Xaliq Faiqoğlu" MMC-dən verilən məlumata görə qəza 525 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun işçiləri daşıyan servis avtobusuna dəyməsi nəticəsində baş verib.

Həmin vaxt ərazidən keçən 199 nömrəli müntəzəm marşrut xətt üzrə avtobusun sürücüsü qəzadan yayınmaq üçün manevr etsə də nəqliyyat vasitəsi sürüşərək “Niva” markalı avtomobilə dəyib. “Niva” isə digər minik avtomobilinə dəyib.

Qəza nəticəsində servis avtobusundakı sərnişinlərdən bir neçəsi xəsarət aldığı bildirilir.

Agentlik bir daha bütün hərəkət iştirakçılarına, xüsusən də sürücülərə ehtiyatlı olmağı tövsiyə edir.

***10:40

Bakı-Sumqayıt magistralında qəza baş verib.

BAKU.WS
xəbər verir ki, turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobus toqquşub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, Hazırda Xidmətin və DYP-nin əməkdaşları hadisə yerindədir.

İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və 525 saylı sərnişin avtobusunu çaşdırıb.

Nəticədə 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alan 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər Respublika Klinik Xəstəxanasına aparılıblar. Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.

Hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq.

***08:32
Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, qəzada 199 nömrəli marşrut avtobusu digər sərnişin avtobusu ilə toqquşub, xəsarət alanlar var.

Yol-nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb.
BAKU.WS
VİDEO

QALEREYA