SİZİN REKLAM BURADA!
055 213 76 73


Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Təngəaltı kənd ərazisində yerləşən iki yaşayış evindən oğurluq edən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional qrupundan BAKU.WS-ə bildirilib ki, araşdırmalarla həmin şəxsin Təngəaltı kənd sakini, 24 yaşlı Qalib Orucəliyev olduğu müəyyənləşdirilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib.


Araşdırmalar zamanı məlum olub ki, Q.Orucəliyev qohumlarının kənd ərazisində keçirilən toy mərasimində iştirak etməsindən istifadə edərək, onların evlərindən pul və qızıl-zinət əşyaları oğurlayıb.

Q.Orucəliyev tərəfindən oğurluq yolu ilə əldə edilən pul və qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar davam etdirilir. Həmin şəxsin başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
BAKU.WS