SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.

BAKU.WS
oxu.az-a istinadən verdiyi xəbərə görə, Rasim Muxtarov küçəsi 43 ünvanında baş verən mübahisə zamanı 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından güllə yarası alıb.

Yaralı şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinin əməkdaşları cəlb edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
BAKU.WS