SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müdafiə Nazirliyi Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ” yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə yayılan məlumatları təsdiq edib.
 
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, nazirliyin məlumatında deyilir:
 
"Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.
 
BAKU.WS