SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə təqsirləndirilən, 1989-cu il təvəllüdlü Aygün Xasməmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Xasməmmədovaya şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Aygün Xasməmmədova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.3-cü (insan alveri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş başlanıb.

İş üzrə yetkinlik yaşına çatmayan 2 qız zərərçəkən şəxs qismində tanınıb.
BAKU.WS