SİZİN REKLAM BURADA!
055 213 76 73


Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, 52-si kişidir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım edilib.

Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hazırda xəstəxanada 2 nəfər qalıb.

Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.
BAKU.WS