SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda daha bir boğulma hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, hadisə Xəzərin Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə ilə bağlı Təcili tibbi yardıma çağırış saat 15:26-da daxil olub və iki nəfərin suda boğulması bildirilib:

"Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub. Qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb. Təcili yardımdan verilən məlumata görə, lazımi yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır", - Nazirlikdən bildirilib.
BAKU.WS