SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Nevşehir şəhərində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 14 azərbaycanlı turist yaralanıb.

“Report” xəbər verir ki, məlumatı İHA yayıb.

Bildirilib ki, Azərbaycandan Kapadokya bölgəsini ziyarətə gedən turist avtobusu Avanos rayonunda aşıb. Avtobusda 18 nəfər olub. Onların 14-ü yüngül yaralanıb.

Xəsarət alanlara yerli dövlət xəstəxanasında ilkin yardım göstərilib.
BAKU.WS