VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Sumsk vilayətinin Konotop şəhərində azərbaycanlılar arasında bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS
xəbər verir ki, bu barədə Konotop şəhər prokuroru Yuliya Volosyuk məlumat verib.

Onun sözlərinə görə, yerli kafelərin birində spirtli içki qəbul edən əslən azərbaycanlı olan iki nəfər arasında qadın üstündə mübahisə düşüb.

Mübahisə tərəfləri doğma qardaş olsalar da, bir-birinə xəsarət yetirməkdən çəkinməyib.

Doğma qardaşına qarın və baş nahiyəsindən bıçaq zərbəsi endirən azərbaycanlı daha sonra hadisə yerindən qaçıb. 31 iyul gecə saatlarında baş verən olaydan sonra yerli polis əməkdaşları xəsarət yetirən şəxsi yaxalayıb.
BAKU.WS