SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda intihar hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Dənizkənarı Bulvarda qeydə alınıb.

Belə ki, adı və soyadı hələki bilinməyən təxminən 21 yaşlı gənc özünü dənizə atıb. 

Hadisə şahidlərinin sözlərinə görə, onun meyiti ərazidə xidmət aparan post patrul əməkdaşları tərəfindən sahilə çıxarılıb. 

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xətai rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


BAKU.WS
QALEREYA