VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdalan şəhərinin Heydər Əliyev prospektində aparılacaq təmir-tikinti işləri ilə əlaqədar bu gündən prospektdə hərəkət birtərəfli olmaqla məhdudlaşdırılıb.

BAKU.WS
xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

O, bildirib ki, 517, 592, 596 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edilməyəcək:

"Ancaq pik saatlarda sıxlıq olarsa, nəqliyyat vasitələri Mehdi Hüseynzadə küçəsi ilə hərəkət edərək Xırdalan dairəsinə daxil ola biləcəklər.

Müvəqqəti məhdudlaşdırılma bir neçə gün davam edə bilər".
BAKU.WS